![](https://www.gununsesi.info/wp-content/uploads/2017/01/demiyolu-250x200.jpg)
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsini planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) ADY üzrə təşkilatının sədri Xeyrulla Hümbətov bildirib.
Azərbaycanda dəmir yollarının inkişaf proqramının hazırlanığını qeyd edən X.Hümbətov deyib ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama-Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Hava Limanına, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.
Gununsesi.info