Sahibə Qafarova Alen Simonyanla görüşdü - Yenilənib-Fotolar

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək.

Gununsesi.info xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq.

Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb.

***

Sahibə Qafarova və Alen Simonyan arasında ikitərəfli görüş keçirilib.

Görüş Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində baş tutub.

***

Martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.