Sahibə Qafarova Qənirə Paşayevanın dəfninə niyə qatılmayıb? - AÇIQLAMA

  • By admin
  • 29 Sentyabr 2023 14:51

Milli Məclisin Mədəniyyət Məsələləri Komitəsinin sədri Qənirə Paşayevanın dəfn mərasimi böyük izdihamla yadda qaldı.

Gununsesi.info-nun xəbərinə görə, Prezident Administrasiyasının, Milli Məclisin, ictimai təşkilatların, media nümayəndələrinin və sadə insanların axın etdiyi mərasimdə spiker  Sahibə Qafarova gözə dəyməyib.

Spikerin mərasimə gəlməməsinin səbəbini açıqlayan deputat Hicran Hüseynova bildirib ki, buna səbəb Sahibə Qafarovanın xaricdə olmasıdır: “Hamımız kimi bu xəbər Sahibə xanımı da dərindən sarsıdıb. Burada iştirak edən Milli Məclis təmsilçiləri onun başsağlığını ailəsinə çatdırıb”. 

 

Elmar

Gununsesi.info