Sahibəsindən bezən pişik Londondan Şotlandiyaya qaçıb

  • By admin
  • 03 Mart 2017 21:31

pisik sahibesi

Londonda öz sahiblərindən qaçan pişik Şotlandiyada tapılıb. Bu da pişiyin öz evindən 725 kilometr uzaqlaşması deməkdir.

Gununsesi.info Lent.az-a istinadən bildirir ki, 10 yaşlı Pablo adlı pişik itkin düşəndən bir il sonra Şotlandiyanın o qədər də böyük olmayan Rosayt şəhərində tapılıb. Pablo bankın avtomatik qapılarından içəri girib və kresloda yuxuya gedib. Bank işçiləri onu veterinara təhvil verəndə üzərində sahibinin kimliyi olan mikroçip tapıblar.

Təxmin edilir ki, pişik Şotlandiyaya yük maşınının üstünə hoppanaraq çatıb. Bu vaxta qədər dəfələrlə təcrübədə pişiklərin uzun məsafə qət etmələri görünüb. Amma bu zaman pişiklər daha çox evə qayıtmaq üçün belə “səyahətlər” ediblər.

Gununsesi.info