Sahibə Qafarova şəhid anasını Milli Məclisdə işə götürdü

  • By admin
  • 06 Noyabr 2021 00:23

Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə işlə təmin olunub.

Gununsesi.info bildirir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova özünün sosial şəbəkə hesabında yazıb.

Bununla bağlı xəbərdə deyilir:

Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.

Gülnar

Gununsesi.info