“Qənirə xanım Paşayevanın bir statusunu oxudum, tamamilə doğru yazır. Türkiyədəki çeviriliş cəhdində hədəf Ərdoğan deyil, türk dövləti idi”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev öz “Facebook” səhifəsində yazıb.
“Cənab Ərdoğan ona görə aradan götürülməli idi ki, bundan sonra qardaş ölkəylə bağlı ən məkrli ssenariləri reallaşdırmağın, yəni onu İraq və yaxud da Suriyaya çevirməyin yolu açılacaqdı. Şükürlər olsun ki, türk xalqı mərdlik və yetkinlik ortyaya qoydu”-deyə, qeyd edən deputatın yazdığına görə, insanlar küçələrə tökülərək öz dövlətlərini qorudu. “Qorudu və bəlli çevrələrə göstərdi ki, neçə imperiyalar yaratmış bir xalqla digərləri kimi davranmaq mümkünsüzdür!”-deyə, o, daha sonra yazıb.
Gununsesi.info