Sahib Alıyev də dəyişikliklərə “hə” deyir

  • By admin
  • 20 İyul 2016 10:07

sahib aliyev 061014

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiyamıza dəyişiklik təklifinə ilkin reaksiyalara baxıram. O adamlar ki savadlıdırlar, vətənpəvərdilər, peşəkardırlar, bu dəyişiklikləri maddə-maddə oxuyub onların nə üçün edildiyini anlayırlar, birmənalı şəkildə müsbət yanaşma ortaya qoyurlar. Bu təşəbbüs bəzi mürgü döyən, liderini satıb, partiyasını dağıdıb, indi də bloqlar yazıb saxta profillərdən özü-özünü “like” edən siyasət dəllallarının da ürəyindəndir. Ona görə ki, buna etiraz etmək adı altında küçərələ adam çıxararaq qarşılığında bolluca qrant alacaqlarını düşünürlər”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.
Onun sözlərinə görə, demokratiya sözünü düzgün yaza bilmədikləri, imperiya və demokratiyanın fərqli nəsnələr olduğunu anlmadıqları halda dəyişikliyə qarşı çıxanlara da rast gəlinir.

“Soruşsan niyə, nə üçün bu mövqedəsən, doğru-düzgün cavab verə bilməyəcək. Belələri haqlı və ya haqsız fərqi yoxdur, etiraz etməyi, əleyhinə çaxmağı intellekt və şəxsiyyət göstəricisi saydıqlarından onları da anlamaq olar.
Dağlıq Qarabağdakı cinayətkar rejimin bayraq adlandırdığı əski parçasını haylarla birgə başlarının üzərinə qaldıran xaricdəki bəzi “azərbaycanlılar” da təbii ki, bu dəyişikliklərə qarşıdırlar. Bilirsiniz niyə? Yəqin onların Berlindəki televiziyalarının( reklam olmasın deyə adını çəkmirəm) saytında bu yaxınlarda azərbaycanlıları uydurma erməni soyqırımını tanımağa çağıran cızmaqaranı oxuyanlar bilirlər niyə. Bu dəyişikliklərdə Azərbaycanın federal dövlət olacağı göstərilsə idi, əmin ola bilərsiniz ki, onlar sponsorlarının tapşırığıyla tərifi dolu kimi yağdıracaqlardı. Ancaq bu, yoxdur və olmayacaq.
Bəs nə var, bu dəyişikliklər nə üçün edilir?Onun üçün edilir ki, dövlət idarəçiliyi daha da təkmilləşdirilsin, vətəndaş azadlıqları artırılsın, qanunda haqqında çoxdan söhbət gedən bəzi boşluqlar var ki, aradan qaldırılsın”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info