Sahib Alıyev: “Hazırda Azərbaycanla Rusiyanın maraqları daha çox üst-üstə düşür…”

  • By admin
  • 12 İyul 2016 12:35

sahib

 

“Rusiyanın xarici işlər naziri Lavrovun Bakıya səfərinin ardından Amerikanın dövlət katibi Con Kerri Moskvaya gedir. Dövlət Departamentinin sözçüsü Con Kirbinin dediyinə görə, o, Suriya, Ukrayna və Dağlıq Qarabağla bağlı danışıqlar aparacaq. Yəqin sıralanmya fikir verdiniz”.

 Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

Onun sözlərinə görə, apreldən üzü bəri bir neçə dəfədir ki, Kerri Lavrovla ya üzbəüz görüşlər olsun, ya telefon danışıqları məhz bu üç məsələdən birdən söz salır. O, deyib ki, hər dəfə də Amerika tərəfi bununla bağlı açıqlama yayarkən öncə Suriya, sonra Ukrayna, daha sonra isə Dağlıq Qarabağ probleminin adını çəkirlər: “Bu da elə-belə deyil. Vaşinqtondakılar bununla göstərirlər ki, onlar üçün önəmli olan Suriya və Ukrayna məsələlərində Moskvadan müyyən güzəştlər əldə etməkdir. Əgər bunlar olacaqsa, onda Rusiyanın Dağlıq Qarabağ problemini təkbaşına həllinə maneçilik törətməycəklər. Yoxsa Kerrinin NATO-nun Varşava sammitində səsləndirdiyi “hərtərəfli həll” və “döyüşlərin yenindən başlanmasına imkan verməmək” kimi tələblər irəli sürməklə problemin həllini yenidən uzatmağa çalışacaqlar. Rusiya Suriya məsələsində ola da bilər ki, müyyən güzşətlərə getsin. Ancaq Ukrayna məsələsində bunun olacağına inanmıram. Dağlıq Qarabağa gəldikdə Lavrovun Bakı səfərinin ardından Kerrinin Moskvaya üz tutması ondan xəbər verir ki, Kreml bu probleminin tam da olmasa, müəyyən bir həddə qədər çözümündə həqiqətən də maraqlıdır və artıq nələrsə razılaşdırılıb da. Qalır beynəlxalq normalar, haqq və ədalət deyil, öz maraqlarının peşində olan Amerikanı razı salmaq. Kimsə deyə bilər ki, Rusiya da öz maraqlarının peşindədir də. Düz də deyər. Ancaq, məncə, hazırda Azərbaycanla Rusiyanın maraqları daha çox üst-üstə düşür…”

Gununsesi.info