
“Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının iclasında iştirak etdim. Doğrusu Qərbi və Şərqi Avropa ölkələrində vaxtilə effektiv mexanizm sayılan və kvaziməhkəmə funksiyalarına malik bu orqanın Azərbaycanda necə işləyəcəyi mənim üçün maraqlı idi”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov öz “Facebook” statusunda qeyd edib.
Onun qeyd etdiyinə görə, sahibkarın şikayəti məhkəmə qərarının icra olunmaması ilə bağlı idi. O. qeyd edib ki, bütün Şura üzvləri və Şura Sədri birmənalı olaraq sahibkarın haqlı olduğu qənaətinə gəldi və onun şikayətinin təmin olunmasına dair qərar qəbul edildi.
“Məsul şəxslərin məsuliyyət məsləsi ilə bağlı da qərar qəbul edildi. Düzü Şuranın şikayətlə bağlı hazırladığı arayış-məruzə, dəvət olunan şəxslərin və tələbkarın diqqətlə dinlənilməsi, QHT nümayəndələrinin də rəylərinin ayrıca dinlənilməsi xoşuma gəldi. Bu mexanizmin yaxşı işləməsi xeyli problemi həll edə bilər, həm də məhkəmənin yükünü xeyli azaldar”-deyə, o, sonra qeyd edib.
K. Həmzəoğlu
Gununsesi.info