Sahib Məmmədov Azərbaycanın MSŞT-də fəaliyyətinin dayandırılmasında ERMƏNİLƏRİ VƏ QUBAD İBADOĞLUNU İTTİHAM ETDİ

  • By admin
  • 10 Mart 2017 11:04
sahibmemmed
Azərbaycanın  Mədən Sənayesində  Şəffaflıq  Təşəbbüsündə (MSŞT) fəaliyyətinin dayandılmasında  Ermənistanın “müstəsna” rolu olub.
 Bunu Gununsesi.info-ya açıqlamasında   Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Sahib Məmmədov deyib.
Onun sözlərinə görə,  hələ keçən ilin sentyabrında bununla xəbərdarlıq edərək deyibmiş ki, ermənilər Azərbaycana qarşı üç istiqamətdə  yeni kampaniyaya  start verib:
“Bunlar Azərbaycanın MSŞT-dən, Açıq hökumətdən çıxarılması və bir də Azətbaycan Ombudsmanın BMT-dəki A statusunun ləğv edilməsidir. Hətta, bununla bağlı ötən il Varşavada  Azərbaycandan bir sıra QHT toplayaraq, tapşırıqlar verilib. Məhz bundan sonra  ölkə  daxilindən  Azərbaycanın MSŞT-dən çıxarılması barədə müraciətlər ünvanlanmağa başlandı. Bu yaxınlarda isə  MSŞT-də fəaliyyət göstərən, ancaq siyasi partiyaların nəzarətində olan  30-a yaxın QHT qurumun mərkəzi ofisinə müraciət ediblər. Həmin müraciətdə  Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsini, perressiyaların davam etdiyini dilə gətiriblər. Azərbaycanın bu qurumda fəaliyyətinin dayandırlması bunların nəticəsidir”.
S.Məmmədov əlavə edib ki,  səsvermədə Ermənistanı qəbul etdilər, Azərbaycanın fəaliyyətini isə dayandırdılar.
“Hesab edirəm ki, Azərbaycan bu təşkilatı tərk etsə daha yaxşı olar. Çünki burada qərəz var. Bu yaxınlardaMədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin sədri Fredrik Reynfeldt Bakıda oldu və onu Azərbaycan prezidenti də qəbul etdi. Ona Azərbaycandakı vəziyyətlə bağlı genişməlumat verildi və o, buradakı proseslərdən razı qaldığını bildirdi. Ancaq nə olsun, bütün bunlar nəticəsiz qaldı. Yəni MSŞT-ki  anti-Azərbaycan qüvvələr Azərbaycanın bu qurumda fəaliyyətinin davam etdirilməsini istəmirlər və buna mane oldular”- deyə, o, vurğulayıb.
 O, əlavə edib ki,   Azərbaycanda problem olmadığını iddia etmir.
“Ancaq buna baxmayaraq  Azərbaycanın MSŞT-də fəaliyətinin dayandırılmasına heç bir əsas yox idi. Bir daha deyirəm Azərbaycanın bu qurumda fəaliyyətinin dayandırlması  ermənilərin fəaliyyətinin nəticəsi idi və bu işdə Azərbaycan daxilində qüvvələr də dəstək verdi. Çünki azərbaycnda  ermənilərin yaratdığı  şəbəkə çox yaxşı işləyir. Onlar bundan sonra da Azətbaycanın beynəlxalq imicinə zərbə vuracaqlar. Mən bu qənaətdəyəm”- deyə, o, bildirib.
 S. Məmmədov hesab edir ki, Azərbaycan hökuməti təcili olaraq vətəndaş cəmiyyəti istiqamətində islhatları  dərinləşdirilməli və bu sahədəki  mövcud problemləri aradan qaldırmalıdır.
“Çünki Azərbaycanda elə qüvvələr var ki, onalr ölkədə vəziyyətin daha da pisləşməsində maraqlıdırlar və onlara vəziyyətin pisləşməsi sərf edir.  Bir çox  QHT-lərin  Tiflisdə ofisləri var və oradan Azərbaycana gizli yolla külli miqdarda pul axır. Əgər Azərbaycanda “Qrant haqqında” qanuna dəyişiklik edilib əvvəlki vəziyyətə gətirilsə, o zaman  həmən beynəlxalq fondlar maliyyələrini gizli yolla Azərbaycana  göndərməyəcəklər. Sizə deyim ki, bu, heç də az pul deyil. Burada söhbət  ildə təqribən 30 milyon dollardan gedir.  Bu isə bəzi qüvvələrə sərf edir”.
O, sonda bu məsələdə tanınmış iqtisadçı və siyasətçi Qubad İbadoğlu və onun “dəstə”sini də ittiham edib.
qubad
 Mürtəza
Gununsesi.info