Sahibkar xanımlar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etdilər 

  • By admin
  • 09 May 2021 19:50

Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri, sahibkar xanımlar Fəxri Xiyabanda Ulu Öndərin və həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Gununsesi.info xəbər verir ki, bununla bağlı AQSİA-nın ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xatırladaq ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün “mən fəxr edirəm ki, azərbaycanlıyam” deyə bildiyimiz üçün Ulu Öndərin ölməz ruhu qarşısında ehtiramla baş əyirik.

Ali Baş Komandan, cənab prezident İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirməsi Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Gununsesi.info