Sahibkarı döyən bələdiyyə sədrinə hökm oxundu

  • By admin
  • 11 İyun 2016 13:01

doyulen_sahibkar

 

Sabirabad rayon məhkəməsində sahibkara qarşı cinayət törədən bələdiyyə sədri Fikrət Əmrahovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gununsesi.info xəbər verir ki, hakim Təyyar Abbaslının sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxs F.Əmrahovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə F.Əmrahov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunub.

İttihama görə, ötən ilin iyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kənd bələdiyyəsinin sədri F.Əmrahovla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqif Nəcəfov arasında mübahisə yaranıb. Mübahisə zamanı F.Əmrahov A.Nəcəfovu döyərək, ona bədən xəsarəti yetirib.  (Trend)