Sahibkarlara 78 milyon güzəştli kredit verilib

  • By admin
  • 04 Avqust 2016 17:30
sahibkar
2016-cı ildə 1460 sahibkara 78,3 milyon manat güzəştli kredit verilib.
Gununsesi.info xəbər verir ki, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Sabirabad rayonunun Qaratəpə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair təşkil olunan işgüzar forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
O deyib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 488 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 55 sahibkara 833 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, taxılçılıq, balıqçılıq, meyvə şirələrinin istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Sabirabad rayonunda güzəştli kreditlər hesabına yaradılmış müasir istixana kompleksinə və meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib. Ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 48 müasir istixana kompleksinin yaradılmasına 141,5 milyon, il ərzində 121 min ton meyvə-tərəvəz emal etmək gücündə olan 17 müəssisənin yaradılmasına 59 milyon manat güzəştli kredit verilib
Gununsesi.info