Sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlandı

  • By admin
  • 29 Mart 2021 18:57

Azərbaycanda 2002-2020-ci illərdə sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında paylaşım edib.

HTML tutorial

Nazir bildirib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştli kredit verilib:

“173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

 

Gununsesi.info