Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

  • By admin
  • 05 Sentyabr 2017 13:00

07
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tərtər rayonunda sahibkarlardan prioritet hesab olunan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, fond iş adamlarından intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172; Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; E-poçt: info@anfes.gov.az;

Anar
Gununsesi.info