“Sahibkarların Maarifləndirilməsi Mərkəzi”nin yeni loqotipi yaradılıb

  • By admin
  • 06 Mart 2017 10:43

 

unnamed

“Sahibkarların Maarifləndirilməsi Mərkəzi”nin yeni loqotipi yaradılıb.

Bu haqda Gununsesi.info-ya Mərkəzdən  məlumat verilib.

Belə ki, “Sahibkarların Maarifləndirilməsi Mərkəzi”nin əsas məqsədi sahibkarların (işəgötürənlərin) biliklərinin artırılması, hüquq və maraqlarının müdafiəsi, şəffaf sahibkarlığın inkişafı sahəsində dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətə qoşulmaq və ona dəstək verməklə sahibkarlıq subyektlərinin inkişafına kömək etməkdir.
Mərkəzin sədri Elvin Salmanlının sözlərinə görə,  “Sahibkarların Maarifləndirilməsi Mərkəzi” nin missiyası hökumətin  “Sahibkarlığın inkişafına dəstək və sahibkarlığın inkişafına əngəl yaradan qüvvələrin qarşısını almaq” şüarına dəstək olmaq, sahibkarların ölkə daxilində və xaricində keçirilən Biznes Forumlara və sərgilərə dəvət edərək ölkəmizi layiqincə təmsil etmək, yüksək səviyyədə keyfiyyətli xidmət göstərib sahibkarların etibarını qazanmaqdır: “ Qarşımızda duran vacib məsələlərin həlli olaraq, Azərbaycanda əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması, şəffaf sahibkarlığın təmin olunmasına nail olmaq, sağlam sahibkarlığın qorunub saxlanılması, rastlaşdıqları problemlərə dərhal aydınlıq gətirmək, hüquqi və iqtisadi mənafelərini müdafiə etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarını öyrənmək, işlərinin daha keyfiyyətli olması üçün mütəmadi treninqlər təşkil etmək, sahibkarlar arasında sorğular keçirməkdir”.

O bildirib ki, bazar iqtisadiyyatına keçid şəraitində ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı gündən-günə artmaqdadır: “Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi bir sıra tədbirlər nəticəsində, Azərbaycanda sahibkarlığın inkişafı üçün yüksək səviyyədə çox əlverişli şərait yaradılıb. Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar. “Sahibkarların Maarifləndirilməsi Mərkəzi”nin əsas məqsədlərindən biri də mütəmadi olaraq sahibkarları bir araya toplayıb, dövlət qurumlarının yüksək səviyyədə həyata keçirdikləri xidmətlərlə daha yaxından tanış etmək, maariflənməni dəstəkləməkdir. Məhz,  sahibkarlar bir araya gəlməklə maraqlı iqtisadi mövzular əsasında müzakirələr, sorğular, kredit təşkilatları ilə fəaliyyətlərini əlaqələndirməklə ticarət, sənaye, kənd təsərrüfatı və s. sahələrdə həmin sahələrin iqtisadi səmərəliliyini artırmaq üçün daimi məsləhətlər vermək və onların istehsal etdiyi məhsulların daxili və xarici bazara çıxarılmasına kömək etmək, təkliflər irəli sürərək daha etibarlı, faydalı, davamlı uğura nail  olacaqlar”.

Gülnaz Qənbərli

Gununsesi.info