Sahibkarlarla ilin ilk görüşü Şəki şəhərində baş tutdu

  • By ilhame
  • 10 Yanvar 2024 22:58

Şəki şəhərində keçirilən “Açıq mikrofon” aksiyasına əsasən Bolludərə kəndinin kiçik sahibkarları təşrif buyurub.

Gununsesi.info xəbər verir ki, ənənəyə uyğun olaraq “Səyyar qəbul otağı”nı giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA nümayəndəsi məsləhət və tövsiyələrini sahibkarların diqqətinə çatdırıb.

Daha sonra mikrofon önünə sahibkarlar çıxıblar. Səslənən 8 müraciətdən 6-sı eyniyönümlü olub ki, bu da Bolludərə kəndinin kiçik sahibkarlarının mavi yanacaqla təmin olunma istəyini əhatə edib.

Görüşdə ünvanlanan bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.

 

Gununsesi.info