Sahibkarlarla növbəti görüş Ağdam rayonunda keçiriləcək

  • By admin
  • 17 Aprel 2023 18:59

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Ağdam rayonu, Mədəniyyət Evinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” aprel ayının 19-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info