Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək

  • By admin
  • 11 İyun 2023 14:12

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq.

Aksiya Məhəmməd Füzuli Parkında baş tutacaq. “Səyyar qəbul otağı” iyunun 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info