Sahibkarlarla növbəti görüş paytaxtın Xəzər rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xəzər rayonunda görüşü təşkil olunacaq.

Aksiya Zirə qəsəbəsi, Seyid Əzim Şirvani 40 ünvanında (Mədəniyyət Mərkəzi) baş tutacaq.

HTML tutorial

“Səyyar qəbul otağı” oktyabrın 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info