Sahibkarlarla növbəti görüş Şirvan şəhərində keçiriləcək

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

“Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq. Aksiya Hacıqəhrəmanlı qəsəbəsində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 8-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

 

Gununsesi.info