Sahibkarlarla növbəti görüş paytaxtın Abşeron rayonunda keçiriləcək

  • By admin
  • 22 Noyabr 2022 13:12

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Abşeron rayonunda görüşü təşkil olunacaq.

Aksiya Novxanı qəsəbəsi, Novxanı bələdiyyəsinin akt zalında baş tutacaq. “Səyyar qəbul otağı” noyabr ayının 24-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info