Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

  • By admin
  • 04 Dekabr 2022 19:12

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Zaqatala rayonunda görüşü təşkil olunacaq.

Aksiya Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabr ayının 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info