Sahibkarlarla sayca 56-cı görüş Şirvanda keçirildi - VİDEO/FOTOLAR

  • By admin
  • 12 Yanvar 2023 21:09

“SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyasında bu dəfə Şirvan rayonunda fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləməyə hazırıq. Birliyin səlahiyyətləri çərçivəsində sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüləcək”.

Bunu SOCAR “Azəriqaz” İB-nin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Anar Qədimli sahibkarlarla görüşdə bildirib.

Qurum rəsmisi vətəndaşların da qatıldığı aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb.

Aksiyada çıxış edən KOBİA nümayəndəsi Rəhman Nəcəfov ölkədə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə həyata keçirdiyi aksiyaları yüksək qiymətləndirib. Daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları adından müraciət edən Nəriman Şahbazov hər il olduğu kimi bu il də onlara debitor borcun ödənilməsində möhlət verilməsini xahiş edib. İstixana sahibi Etibar Ələkbərov qazın verilişinin təmin edilməsini istəyib.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Ətraflı video materialda:

Gununsesi.info