
Türkiyənin məşhur aktyorlarından olan Ərdəm Yenər sahibsiz itlərinin hücumuna məruz qalıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Etilər səmtində iti ilə gəzintiyə çıxan aktyoru ani olaraq sahibsiz itlərin əhatəyə aldığı bildirilir.
Belə ki, sahibsiz itlərindən qorumaq məqsədilə Ə.Yenər itini qucağına alıb. Bu zamanı sahibsiz itlər aktyora hücum edərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Qeyd edək ki, Ə.Yenərin səhhəti ilə bağlı əlavə məlumat verilmir.
Anar
Gununsesi.info