Sahilə Yaya “Şeyx”i təqdim etdi - FOTOLAR

  • By admin
  • 27 Sentyabr 2019 20:07

Bu gün 6-cı Beynəlxalq kitab sərgisində yazıçı Sahilə Yayanın imza saatı keçirilib.

Gununsesi.org-un xəbərinə görə, yazar Teas Press nəşriyyat evi tərəfindən çapdan çıxan sonuncu romanını – “Şeyx”i imzalayaraq oxuculara təqdim edib.

İmza saatına çoxsaylı oxucular, eləcə də tanınmış simalar qatılıb. Yazarın kitabı Türkiyə, İran, Rusiya və Qazaxıstandan gələn naşirlərin marağına səbəb olub. “Şeyx” müəllifin dördüncü kitabıdır. Kitab tarixi və müasir xəttli yazı üslubu ilə diqqət çəkir. Əsərin müasir xətti azərbaycanlı qızla erməni oğlanın uşaqlıq dostluğundan və sevgisindən bəhs edir. Əsər tənqidçilərin və oxucuların böyük marağına səbəb olub. Sahilə Yayanın əsərləri bir çox ölkə miqyaslı müsabiqələrdə mühum yerlər tutub.

 

Gununsesi.org