Sahil Babayev Kəmaləddin Heydərovun yerinə GƏTİRİLİR

  • By admin
  • 09 Fevral 2022 11:25

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.

Gununsesi.info “Report”a istinadən məlumat verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.

Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

Gununsesi.info