Sahil Babayev Lerik sakininə əlillik dərəcəsi vermir

  • By ilhame
  • 28 Oktyabr 2023 16:58

Övladım Kamil Abbasovda anadangəlmə əqli gerilik var. Uşağın xəstəliyi ilk yaşlarında yüngül olsa da, sonradan get-gedə ağırlaşmağa başladı. Bu səbəbdən o, 2013-2023-cü illər ərzində pensiya alır, dövlət tərəfindən lazımi iynə-dərmanla təmin olunurdu. Lakin 2023-cü ilin mart ayında övladımın pensiyası dayandı. Yenidən pensiya təyinatı üçün 3 dəfə müraciət etsək də, hər dəfə müxtəlif bəhanələrlə bizə “imtina” cavabı göndərdilər”.

Gununsesi.info xəbər verir ki, bunları Abbaszadə Kamilin atası Ədalət Abbsov “AzPolitika.info”-ya ünvanladığı şikayət məktubunda bildirir.

Şikayətçinin sözlərinə görə, dövlət qurumlarının pensiya təyinatı ilə bağlı müraciətlərinə etiniasız yanaşması nəticəsində övladına bu günə qədər əlillik dərəcəsi təyin edilməyib: “Mart ayının 25-də Lerikdəki uşaq xətəxanasında müayinə olunduqdan sonra rəy verildi və Lənkəran Rayon Psixiatriya Xəstəxanasında Həkim Psixiatr Komissiyası tərəfindən uşağa ağır dərəcəli əqli gerilk, müalicə və nəzarətə ehtiyacı olan ciddi davranış pozuntusu, nitqin spesifik pozuntusu, nitqi anlamaq qabiliyyətinin pozuntusu diaqnozu qoyuldu. Daha sonra Bakıdakı Əlillərin Bərpa Mərkəzində əyani həkim baxşında olduq. Lakin iyul ayında əlillik təyiantı ilə bağlı “imtina” cavabı aldıq. Səbəb kimi, Lerikdəki uşaq xəstəxanasında anketin düzgün doldurulmadığını bəhanə gətirdilər”.

Şikayətçi qeyd edir ki, onlar növbəti müraciətlərində də eyni qaydada süründürməçiliklə üzləşiblər.

“Yenidən Lerik rayonundakı uşaq xəstəxanasında anket dolduraraq, eyni qaydada müraciət etdik. Lakin bu dəfə də bildirdilər ki, “anket də səhvlik olub”. Sonuncu, yəni üçüncü müraciətimizə isə oktyabr ayının 25-də “imtina” cavabı gəlib. Övladımın səhhəti hər ötən gün bir qədər də ağırlaşır. Amma rəsmi qurumlar hələ də deyirlər ki, “gətir əyani müainə” edək. Artıq xəxtəxanaların qapısında saatlarla növbə gözləməkdən bezmişik, maddi durumum da yerində deyil ki, uşağı növbəti dəfə Bakıya həkim müayinəsinə aparım”,- deyə o, bildirib.

Şikayətçi sonda ölkə başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyava, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edərək, məsələnin düzgün şəkildə araşdırılması və övladının əlillik təyinatının aparılmasında köməklik göstərilməsini xahiş edir.

Gununsesi.info