Səlim Müslümovun qohumları işdən çıxarıldı - ƏƏSMN-də YENİ TƏYİNAT

  • By admin
  • 22 İyun 2018 14:57
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun nazirlikdə uzun illər kök salmış bır neçə qohumunu işdən çıxarıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Mia.az-a nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar: “Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib”.
Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir.