Sahil Babayevin intihara vadar etdiyi qazi vida məktubunda nələri yazıb? -FOTO

Bir gün öncə, Xəzər rayon sakini, 44 günlük müharibə iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlunun əlilliyini ala bilmədiyi və süründürməçiliyə məruz qaldığı üçün intihar etdiyi bildirilmişdir.

Gununsesi.info xəbər verir ki, intihar edən qazinin cibindən məktub tapılıb.

Həmin məktubda qazimiz üzləşdiyi haqsızlıqdan yazıb.

Bildirilir ki, məktub prokurorluğa verilib.

Gununsesi.info həmin mətubu təqdim edir.

“Haqqınızı halal edin. Mən uje bezmişəm. Əlilliyimi vermirlər. Nə qədər ailəmin yanında başı aşağı olmalıyam?. Canımı qurban vermişəm dövlətimə. Canımın yarsı yoxdur. Heç kim baxmır, heç bir qrum baxmır. Torpağımı zəbt ediblər, müraciətimə baxmırlar. Əlilliyimi vermirlər. Haqqınızı halal edin ailəm, istəməzdim belə olsun.
İntihar edən Qazi Hüseynzadə Elçin Xaliq oğlunun yazdığı son məktub.
Ruhun şad olsun əziz qardaşım, özümüzə gələ bilmirik. Haqqımızı çiyin-çiyinə mübarizə aparmaqla, sökə-sökə almalı idik, səni çiyinlərimizdə son mənzilə yola saldıq. Çox ağırdı, barışa bilmirik, ürəyimiz yanır.”

 

 

Şəbnəm

Gununsesi.info