Sahil Babayevin nazirliyində rəzalət – 190 manatı vermək istəmədiyi qadını "təkər ustası" kimi qeydiyyata alıblar

  • By admin
  • 20 İyul 2020 11:42

Sosial şəbəkədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı sensasion video paylaşılıb.

Bir xanım tərəfindən paylaşılan videoda iddia olunur ki, 3 cü ay ona verilməli olan 190 manat ödənməyib.

Araşdırma zamanı bəlli olub ki, ƏƏSMN -yi onu özündən xəbərsiz işlə təmin edib. Belə ki, məlum olub ki, xanım vətəndaş hardasa təkər ustası “işləyir”.

Gununsesi.org həmin görüntünü təqdim edir:

Vətəndaş iddia edir ki, 190 manat birdəfəlik ödəməni verməmək üçün onu təkər düzəldən kimi qeydiyyatdan keçiriblər.

Publicerat av Meydan TV Lördag 18 juli 2020