Sahil Babayevin pensiyasını kəsdiyi qazi özünə od vurdu

  • By admin
  • 09 İyul 2022 10:19

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ədalətsizliyi ilə üzləşən I və II Qarabağ müharibəinin qazisi Məmmədov Yunis Yusif oğlu dünən Ağcabədi rayon polis şöbəsinin qarşısında özünü yandırıb.
Gununsesi.info-nun xəbərinə görə, buna səbəb qazinin şikayətlərinə baxılmaması olub.
Belə ki, Məmmədov Yunis Yusif oğlunun əvvəlcə müddəti bitmiş əlilliyini kəsiblər.
Jurnalist Əvəz Zeynallı hzırda xəstəxanada olan qazini ziyarət edib.

Jurnalist  bildirib ki, əlilliyini təsdiq etdirə bilməyən vətəndaş sonradan  Sahil Babayevin nazirliyinə yaxın olan İsmayılov Rafiq adlı birisi tərəfindən aldadılıb:

“Sənə ömürlük əlillik düzəldirəm” iddiası ilə adamın 4.500 manatını əlindən alıb və vermir.

 

”27 dəqiqəlik bir reportaj hazırladıq, həyat yoldaşı danışdı, 28 ildir əlil və xəstə olan həyat yoldaşına bir dəfə yardım olunmadığını dedi. Ürəkparçalayıcı bir mənzərə var. Qazimizə sahib çıxmaq lazımdır.

Youtube çəkdiyimiz videonu vermədi. Bir neçə dəfə yüklədik, silindi. Anladıq ki , youtube-nin qaydalarını pozuruq. Hələ yaxşı ki, youtube bizə daha ağır cəza vermədi. Niyyətimizin pis olmadığını anladı”.

Gununsesi.info