
Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən Şahin Bağırovun bu strukturun fəaliyyətində ciddi dönüş edib-etməməsi günün əsas suallardan biri kimi qalır.
Səfər Mehdiyev dönəmində sahibkarları hökumətdən narazı salan gömrük orqanlarının rəhbərliyindəki şəxslər korrupsiya və rüşvətə bulaşmaqla bu günə qədər ancaq özləri üçün çalışıb.
Hətta komitə sədrinə yaxın olanlar arasında ciddi qanunsuzluqlar törədənlərin belə əməllərinə göz yumulub.
Belə şəxslərdən biri də Qərb Ərazi Baş Gömrük İdarəsinin Mobil Gömrük Şöbəsinin rəisi Elçin Əlizadədir.
Bir zamanlar rüşvətə görə gömrük orqanlarından xaric edilən Elçin Əlizadə sonradan vəzifəyə qayıda bilib.
Ancaq törətdiyi əməldən nəticə çıxarmayan Elçin Əlizadə bu yaxınlarda özünün növbəti qanunsuzluğunu edib.
Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Elçin Əlizadə yeyinti məhsulu kimi ölkəyə daxil olan kartofu toxumluq kimi sənədləşdirərək, rüsumdan azad edib.Hər yük maşınına görə sahibkalardan pul alan Elçin Əlizadənin bu əməlinin üstü qısa zaman sonra açılsa da o, yenidən məsuliyyətdən yaxa qurtara bilib.
Belə ki, onun bu qanunsuzluğunun üstü açıldığında məsuliyyəti iki işçisinin üzərinə atıb.
Komitə rəhbərliyi tərəfindən aparılan araşdırmadan sonra Azər və Rəşad adlı əməkdaşlara cəza verilib.
Elçin Əlizadənin qanunsuz əəməlləri barədə daha bir fakt isə onun qeyri-iş günündə Gömrük Komitəsinə məxsus avtomobillə Gəncənin Gülüstan qəsəbəsində avtoqəza törətməsi olub.
Bu olaydan da Elçin Əlizadə cəzasız qurtula bilib.
İndi Qərb Ərazi Baş Gömrük İdarəsində hər kəs Şahin Bağırovun Elçin Əlizadəni necə cəzalandıracağını müzakirə edir.
Məlumata görə, Elçin Əlizadə barəsində müxtəlif dövrlərdə Gömrük Komitəsinə onlarla şikayət ərizələri daxil olub.
Onu da qeyd edək ki, özünü bir zamanlar Səfər Mehdiyevin yaxını kimi qələmə verən Elçin Əlizadə indi keçmiş sədri başqası ilə əvəz edib.
Prezidentin Təhlükəsizlik Xidmətində vəzifə tutan şəxslərdən birinin qohumu olduğunu iddia edən bu adam bunu hər yerdə açıq ifadə edir.
Elmar Elnuroğlu
Gununsesi.info