Şahin Bağırov Rusiya ilə sərhəddə

  • By admin
  • 23 İyul 2022 11:18

Dövlət Gömrük Komitəsinin sədrinin səlahiyyətlərini icra edən Şahin Bağırov gömrük postlarına yoxlamaya çıxıb.

Bu barədə Gununsesi.info-ya adıçəkilən komitədəki mənbənin verdiyi   məlumatda deyilir.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə birlikdə Şimal Ərazi Baş Gömrük İdarəsinin Xanoba Göçrük Postuna gedən Bağırov oradakı vəziyyətlə maraqlanıb, problemləri öyrənib.

 

Günay 

Gununsesi.info