Şahin Cəfərlinin ölkədən çıxışına məhdudiyyət qoyulub

  • By ilhame
  • 09 Avqust 2024 22:05

Siyasi şərhçi, aparıcı Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub.

 

Gununsesi.info xəbər verir ki, qadağanın Cəfərlinin “Toplum” TV İnternet kanalı ilə əməkdaşlığı ilə əlaqədar tətbiq edildiyi güman edilir.

2023-cü ilin noyabrında bu kanalın bəzi əməkdaşları ilə bağlı cinayət işi açılıb.

 

Bundan əvvəl Cəfərli Bakı Şəhər Baş Polis İdarəsində bu iş üzrə şahid qismində dindirilib. Şahin Cəfərli “Toplum” TV-də proqram aparıcısı olub.

 

Lakin onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı dediklərinə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

 

Bu il martın 6-8-də “Toplum” TV və Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib.

Gununsesi.info