
“İtkilərlə bağlı məsələ artıq arxada qalıb. Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq. Heyətdə olan futbolçulardan maksimum şəkildə istifadə etməyə çalışacağıq. Gəncə azarkeşlərini sevindirmək istəyirik, ona görə də itkiləri düşünmürük. Digərləri onları əvəzetməyə çalışacaqlar”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 11-ci turunda “Sumqayıt”la oyun öncəsi klubun saytına deyib.
“Bizim üçün ən çətin oyunlardan biri olacaq. Əsas heyətdən futbolçuların olmaması və komandanın turnir cədvəlindəki vəziyyəti bizi sevindirmir. Qazanılacaq qələbə bizi 4-cü pilləyə yüksəldə bilər və bununla da uğurlu başlanğıcın əsasını qoya bilərik” – deyə o bildirib.
Gununsesi.info