Şahin Diniyevin oğluna cəza kəsdilər- DAVA ETDİYİ ÜÇÜN

Şahin Diniyevin oğluna cəza kəsdilər

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının 21-ci turunun “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev və “Keşlə”nin futbolçusu Meza Kolli Sezar aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunur.
Futbolçulara verilmiş 3 oyunluq cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Gununsesi.info

COMMENTS