Şahin Mustafayev: “Gürcüstana 3,4 milyard dollar investisiya yatırılıb”

  • By admin
  • 29 Oktyabr 2016 11:03

shahin-nazir

1995-2016-cı illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 milyard dollar investisiya yatırılıb. 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə bildirib.

“Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan şirkəti qeydiyyatdan keçib. “SOCAR Georgia” son bir neçə ildə Gürcüstanda ən çox vergi ödəyən şirkətdir”- deyə, nazir diqqətə çatdırıb.

Gununsesi.info