
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib.
Gununsesi.info xəbər verir ki, o, müalicə olunduğu Tədris Terapevtik Klinikasında keçinib.
Rejissorun xanımı Səbinə Zəkizadə xəbəri “Qafqazinfo”ya təsdiqləyib.
O, bildirib ki, rejissorun dəfn mərasimi Yeni Yasamal qəbiristanlığında olacaq.
Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xəstəliyi ilə mübarizə aparır.
Gununsesi.info