Şahmar Mövsümovdan metronun fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

“Hazırda metronun fəaliyyətinin bərpası gözlənilmir”.

Gununsesi.info-nun müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

HTML tutorial

Prezidentin köməkçisi bildirib ki, bu gün əlimizdə olan nəticələr səbəbilə metro açıla bilməz:

“İctimai nəqliyyatı biz ya tamamilə bağlamalıyıq, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxara bilər. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi. Karantin rejiminin növbəti dəfə yumşalması zamanı metronun açılması gündəmə gələ bilər”.

Gununsesi.info