“Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının 30 aprel 2016- cı ildə Koalisiyanın Ümumi Yığıncağında müstəqil vətəndaş cəmiyyəti fəallarının Koalisiya Şurasında üstünlük əldə etməsi hakimiyyətin planlarının pozdu və qurum onun təsir dairəsindən xeyli çıxdı”.
Gununsesi.info xəbər verir ki, bu haqda MSŞA QHT Koalisiyasının üzvü Oqtay Güləliyev bildirib.
Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqinə hökümət, hasilat şirkətləri və vətəndaş cəmiyyətindən ibarət formalaşmış (hər tərəfdən 6 nəfər) Çoxtərəfli Qrup (ÇQ) rəhbərlik edir: “Tərəflər müstəqil şəkildə öz nümayəndələrini müəyyənləşdirib hər ilin əvəlində ÇQ- yə təqdim edirlər. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının qüvvədə olan Əsasnaməsinə və digər sənədlərinə görə Çoxtərəfli Qrupda Koalisiya təmsilçilərinin fəaliyyət və səlahiyyət müddəti bir ildir. İndiyə qədər olan praktikaya və ÇQ haqqında Əsasnaməyə uyğun olaraq qurumun iclas gündəliyi tərəflərlə öncədən razılaşdırılaraq müzakirəyə çıxarılır. Fevralın 2- də keçirilən iclasa katiblik Koalisiya Şurasının seçdiyi hazırki ÇQ üzvləri ilə yanaşı, onlarla razılaşdırmadan fəaliyyət müddəti bitmiş köhnə üzvləri də dəvət edib.
İclas başlayarkən sədr, Neft Fondunun prezidenti Şahmar Mövsümov keçmiş ÇQ üzvü, iclasda iştirak üçün heç bir statusu olmayan, hakimiyyətdən siyasi vəfunksional asılılığı olan Əliməmməd Nuriyevin təkidi ilə gündəliyi formalaşdırmağa çalışıb: “Bu isə Koalisiyanın hazırki ÇQ üzvlərinin haqlı narazılığına səbəb oldu. Həmin iclasda iştirak edən Çoxtərəfli Qrup üzvü kimi mən və digər həmkarlarım Şahmar Mövsümova keçmiş ÇQ üzvünün iclasda iştirakına şərait yaratmasının, onun diqtəsi ilə gündəlik formalaşdırmağın düzgün olmadığını, Qarşılıqlı Anlaşma Memorandumunun, Çoxtərəfli Qrup haqqında Reqlamentə, tərəflərin öhdəliyinə, eləcə də Koalisiyanın 30 aprel 2016- cı il tarixli Ümumi Yığıncağının iradəsinə və Koalisiya Şurasının 20 yanvar 2017- ci il tarixli iclasının qərarlarına zidd olduğunu bildirdik. O, öz fikrində qaldığını israr etdikdə, bu yanaşmanın vətəndaş cəmiyyətinə, Koalisiyanın qərarlarına sayğısız, müzakirələrin isə səmərəsiz olduğunu görüb ÇQ- nın iclasını tərk etmək məcburiyyətində qaldıq. Bizim bu addımımızdan sonra iclas yarımçıq saxlanıldı vədayandırldı. Bizim möveyimizə seyrisiz qalmayan Şahmar Mövsümov “Koalisiya sizi düz seçib bura göndərməyib” deyərək etiraz mövqeyini bildirdi və digər Koalisiya üzvləri ilə görüşmək üçün MSŞT Komissiyasına təlimat verdi”.
O.Güləliyev əlavə etdi ki, iclasdan bir gün sonra MSŞT üzrə Hökümət Komissiyasının sədri, DNF- nin icraçı direktoru Şahmar Mövsümovun adından hər bir Koalisiya üzvünün emailinə məktub göndərilərək Koalisiyanın Çoxtərəfli Qrupda təmsilçiliyinə dair yaranmış problemlə bağlı onlar Dövlət Neft Fondunun binasında görüşə dəvət edildi: “Hazırda Koalisiya üzvləri müxtəlif yollarla həmin görüşdə iştiraka səfərbər olunur. Əslində, Şahmar Mövsümovun bu addımıçox ciddi xətadır. Vətəndaş cəmiyyətinin daxili işinə hökümətin açıq və kobud müdaxiləsidir.
Şahmar Mövsümovun təkidi və təşəbbüsü ilə fevralın 7-dəa keçirilən görüş Koalisiyanın bütövlüyünün təmin olunmasına deyil, narazı tərəfə dəstək verib onları stimullaşdırmağa və nəticədə adı çəkilən qurumun parçalanmasına xidmət edir. Eyni zamanda onun bu addımı Qarşılıqlı Anlaşma Memorandumunun,Çoxtərəfli Qrup haqqında Reqlamentə, tərəflərin öhdəliyinə, eləcə də Koalisiyanın 30 aprel 2016- cı il tarixli Ümumi Yığıncağının iradəsinə və KoalisiyaŞurasının 20 yanvar 2017- ci il tarixli iclasının qərarlarına ziddir”.
Onun sözlərinə görə, 1 aydan sonra MSŞT Beynəlxalq İdarə Heyətində Azərbaycanın üzvlük məsələsinə baxılacaq indiki həssas dönəmdə hakimiyyətin MSŞT Hökümət Komissiyasının timsalında Koalisiyanı parçalamağa start verməsi 2 məqsədə xidmət edə bilər: “Birinci, hHakimiyyət istəmir ki, ölkədəmüstəqil vətəndaş cəmiyyətinin də qatıldığı və ya onların tənqidi səsləri gələn hər hansı qurum və ya Koalisiya qalsın.
İkincisi, qanunvericiliyə dəyişiklik edilməyəcəyi təqdirdə Azərbaycan hakimiyyəti bilir ki, onu ciddi sınaq gözləyir. Hətta daha pis nəticələr ola bilər. Müstəil vətəndaş cəmiyyətini sıxmaqla qarşılıqlı mübadilə üçün önləyici addım atır”.
Vüsalə Rüstəmova
Gununsesi.info