Şahmat Olimpiadası ilə əlaqədar  sabahdan viza verilməsinə başlanacaq

  • By admin
  • 19 Avqust 2016 11:11

sahmat

Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sabahdan Azərbaycan Respublikasının beynəlxalq havalimanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

APA-nın məlumatına görə, bu, “Azərbaycan prezidenti İlham Əliyevin Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” 18 aprel 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu, yaxud Beynəlxalq Şahmat Federasiyasının (FİDE) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab ediləcək. Bu sənədlərdən birinə malik olan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza almaq üçün avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

Şahmat Olimpiadası sentyabrın 1-14-də keçiriləcək.

 

Gununsesi.info