Şahramanyan separatçıların yeni başçısı seçildi

Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları bu gün Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, “növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı seçilib.

Verilən məlumata görə, səsvermədə 23 nəfər iştirak edib. Onlardan 22-si Şahramanyanın xeyrinə səs verib.

Qondarma “parlament”in 33 “deputatdan” ibarət olduğu bildirilir.

Xatırladaq ki, separatçıların keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa verib”.

 

Gununsesi.info