Şahruddin dünənki oyundan paylaşım etdi - FOTO

  • By admin
  • 07 Oktyabr 2022 12:49

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Olimpiakos”a qarşı səfər oyunundan sonra şəxsi instaqram hesabından paylaşımlar edib.

Gununsesi.info xəbər verir ki, “Qarabağ”ın 0-3 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Şahruddin instaqramdan bu sözləri yazıb: “Özünü dəyişmək çətindir, əlhəmdülillah, bu, Azərbaycandır”.

Qeyd edək ki, Şahruddin dünən qapısını toxunulmaz saxlayıb və bir neçə kritik qurtarışlarla yadda qalıb.

Gununsesi.info