Şahruddin Məhəmmədəliyev əməliyyat olundu

  • By admin
  • 19 Dekabr 2021 13:55

“Qarabağ” klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyədə əməliyyat olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı qolkiper sağ qolundakı problem ucbatından cərrahi müdaxiləyə ehtiyac duyub. Həkimlərin ilkin rəyinə əsasən, Məhəmmədəliyev 2,5 ay sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, daha əvvəl “köhlən atlar”ın digər qapıçısı Emil Balayev də Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.

Gununsesi.info