Şahruddini tənqid edənlərə “çaqqal” deyən millinin sabiq üzvündən YENİ AÇIQLAMA

  • By admin
  • 26 Avqust 2022 10:38

Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi “Viktoriya” ilə matçda yol verdiyi kobud səhvlərə görə tənqid edənləri təhqir edib.

Gununsesi.info xəbər verir ki, futbolçu özünün Facebook səhifəsində belə yazıb:

“Dünən Şah-Şah qışqırırdınız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şah milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq”.

Ruslan Qurbanovun bu paylaşımı futbol ictimaiyyətində haqlı narazılıq doğurb. Azarkeşlər ondan təhqirə yol verdiyinə görə üzr istəməsini tələb ediblər.

Sosial şəbəklərdə çoxsaylı ittihamlarla üzləşən Qurbanov geri çəkilməli olub və Facebook-dakı ilk paylaşımını sildikdən sonra yeni açıqlama verib.

“Çaqqal” sözündən hamı çox incidi, yenə yazıram…

Bunu konkret olaraq təhqir edən bir qrup adama yazdım, hamısı onlara ünvanlanıb.

Hamı səhv edir, heç kim mübahisə edib demir ki, tənqid etmək lazım deyil, amma azarkeşlərdən olan bu dəstə kimi deyil. Əksinə, dəstək olun. Ona görə də hər şeyi bu qədər yaxından qəbul etməməlisiniz.

Azərbaycan isə hər zaman ürəyimdədir, istər inanın, istər inanmayın…

Bir futbolçu, bir insan kimi yetişməyim Azərbaycanın sayəsində olub… Hər şeyi alt-üst etməyin…”,-deyə R.Qurbanov yazıb.

Qeyd edək ki, Ruslan Qurbanov vaxtilə AFFA rəhbərliyi tərəfindən Rusiyadan Azərbaycana gətirilərək milliləşdirilmişdi.

Milliyətcə ləzgi olan futbolçu Rusiyada doğulub. O, vaxtilə Rusiya ikinci divizionunda yarışan yarıhəvəskar “Taqanroq” komandasından Bakıya gətirilmişdi. AFFA rəhbərliyinin tapşırığı ilə milli komandamızın və klublarımızın qapıları üzünə taybatay açılmış, yüksək məbləğdə müqavilə imzalanmışdı.

R.Qurbanov AFFA-dakı himayədarlarının sayəsində klublardan və milli komandalardan yaxşı pul qazanmışdı.

Gununsesi.info