Şahrudin yenidən “Qarabağ”da

Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev “Qarabağ” futbol klubuna transfer edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubla qolkiper arasında 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Şahrudinin son klubu “Adana Demirspor” olub.

Məhəmmədəliyev 2016-24-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib.

Xatırladaq ki, Şahrudin “köhlən atlar”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

 

 

Gununsesi.info