Şahzadə Harri nikah müqaviləsini imzalamaqdan imtina etdi

  • By admin
  • 18 Mart 2018 12:18

Britaniya şahzadəsi Harri amerikalı aktrisa Megan Markl ilə evlənməkdən əvvəl nikah müqaviləsini imzalamaqdan imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən “Daily Mail” yazıb.

“Nikah müqaviləsi imzalamaq məsələsi heç vaxt Harrinin ağlında olmayıb”, – deyə həmsöhbət agentliyə bildirib.

KİV-in məlumatına görə, şahzadənin sərvəti 30 milyon funt sterlinqdir. Amma mənbəyə görə, o, nikah müqaviləsini evliliyinin uzun sürəcəyinə əmin olması səbəbindən imzalamaqdan imtina edib.

Böyük Britaniya kraliçası II Yelizaveta şahzadə Harrinin Megan Markl ilə evlənməsinə rəsmi olaraq icazə verib.

Toy mərasimi 19 may 2018-ci il tarixində Vindzor qəsrinin Müqəddəs Georgi kilsəsində keçiriləcək.

Gununsesi.info