Şahzadə və nazirlərin beşulduzlu oteldəki cəza evindən İLK FOTOSU

  • By admin
  • 11 Noyabr 2017 11:30
Səudiyyə Ərəbistanında həbs edilən şahzadə və nazirlərin beşulduzlu oteldəki cəza evindən ilk fotoları yayımlanıb. 
Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, korrupsiya əməllərinə görə həbs edilən şahzadə Əl-Valid bin Talal ilə nazir Mutaib bin Abdullahın və digərlərinin həbs olunaraq saxlandığı beşulduzlu “Ritz Carlton” otelindən fotoları yayımlanıb. 
Fotolarda səudiyyəli şahzadə və nazirlərin kefinin yerində olduğu görünsə də, onların oteldə döşəmədə yatdıqları da aydın görünməkdədir. Bundan öncə oteldən çox qısa bir video sızdırmaq mümkün olub.
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında 11 şahzadə, 4 nazir və sabiq nazirin həbsi barədə məlumat yayılıb. Ümumilikdə isə 208 nəfər 100 milyard dollarlıq korrupsiya faktına görə saxlanılıb və barələrində araşdırma aparılır.
Həbs olunanlar arasında dünyanın ən varlı 100 insanı arasında yer alan şahzadə Əl-Valid də var.
Gununsesi.info