![](https://www.gununsesi.info/wp-content/uploads/2018/05/şahzadə-harri-150x113.jpg)
Şahzadə Harri anasının üzüyünü həyat yoldaşına hədiyyə edib
Şahzadə Harri toy günü həyat yoldaşı Meqan Markla anası – şahzadə Diananın yaqut və brilliantla bəzədilmiş üzüyünü hədiyyə edib.
Gununsesi.info Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Daily Mail yazır.
1997-ci ildə Diananın ölümündən sonra oğulları Uilyam və Harri onun xatirə əşyalarını öz aralarında bölüşüblər.
Uilyamın payına “Cartier Tank Francaise”dan olan saat, Harriyə isə zərgərlik evinin hazırladığı üzük düşüb.